02 yanvar 2026 13:06
115

Güclü külək nəticəsində 9 ağac sınıb

İki gündür davam edən güclü küləklə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

İki sahil”in məlumatına görə, yanvarın 2-də gecədən səhərə kimi güclü külək nəticəsində 9 ağac sınıb, 6 ağacın budaqları qırılıb.

Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülüb, ərazi təmizlənib.