02 yanvar 2026 14:34
91

Mourinyo Ronaldonu ağladıb

"Milan"ın yarımmüdafiəçisi Luka Modriç karyerası ərzində birlikdə çalışdığı məşqçilərlə bağlı xatirələrini bölüşüb.

“İki sahil” xəbər verir ki, o, ən tələbkar və sərt məşqçi kimi "Real"dakı sabiq çalışdırıcısı Joze Mourinyonu xüsusi qeyd edib: 

"Mourinyo xüsusidir. Həm məşqçi, həm də insan kimi. Məni "Real"da görmək istəyən o idi. Mourinyosuz heç vaxt ora çata bilməzdim. Birlikdə cəmi 1 mövsüm işləməyimiz təəssüf doğurur".

Yarımmüdafiəçi portuqaliyalı mütəxəssisin iş tərzini canlı şəkildə xarakterizə edən bir məqamı da danışıb: "Əgər Mourinyo, Ançelotti və Alleqri arasında seçim etməli olsam, ən çətini Jozedir. Onun paltardəyişmə otağında Kriştiano Ronaldonu göz yaşlarına boğduğunu gördüm. Ronaldo meydanda bütün gücünü sərf edən bir insandır, sadəcə rəqib müdafiəçisinin arxasınca qaçmadığı üçün danlandı.

Modriç vurğulayıb ki, bütün sərtliyinə baxmayaraq, Mourinyonun oyunçularla həmişə dürüst davranıb:  "O, çox ədalətli biridir. Qarşısında kimin olmasına əhəmiyyət vermirdi - Serxio Ramos, yoxsa yeni gələn. Deyəcək bir sözü varsa, birbaşa deyirdi. Alleqri də belədir: o, həmişə nəyin doğru, nəyin səhv olduğunu birbaşa izah edir. Dürüstlük əla məşqçilərin əsas xüsusiyyətidir".