02 yanvar 2026 16:37
79

Medvedev Finlandiyanı hədələdi

Finlandiya apardığı rusofobiya siyasətinin bədəlini ödəməli olacaq. Finlandiya ilə Rusiya arasında münasibətlər həmişəlik dəyişib.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Finlandiya prezidenti Aleksandr Stubbın Yeni il müraciətini şərh edərkən deyib.

"Stubb adlı bir oğlan deyir ki, Finlandiyanın Rusiya ilə münasibətləri həmişəlik dəyişib. Razıyam. Ümid edirəm ki, Rusiya heç vaxt bolşeviklərin 1917-ci ildəki səhvini təkrarlamayacaq. Finlandiya öz rəzil rusofobiyasının bədəlini ödəməli olacaq”, – deyə Medvedev "X" platformasında yazıb. Diqqəti cəkən onun bu, paylaşımı ingilis dilində olub.

Bundan əvvəl Stubb xalqa Yeni il müraciətində Finlandiyanın Rusiya ilə münasibətlərinin həmişəlik dəyişdiyini bəyan etmişdi.