İran ABŞ-ın Venesuelaya hücumunu qətiyyətlə pisləyib və bunun "Milli suverenliyin kobud şəkildə pozulması" adlandırıb.
“İki sahil” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
"İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-nin Venesuelaya hərbi hücumunu və bu ölkənin milli suverenliyi ilə ərazi bütövlüyünün kobud şəkildə pozulmasını qətiyyətlə pisləyir. Bu addım BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental prinsiplərinin ciddi şəkildə pozulmasıdır", - bəyanatda vurğulanıb.