Keçmiş Madrid "Real"ının və Fransanın "Paris Sen-Jermen" klubunun müdafiəçisi Serxio Ramos yenidən Liqa 1-ə qayıda və paytaxtın "Paris" klubu ilə müqavilə imzalaya bilər.
“İki sahil” xəbər verir ki, bu barədə "Footmercato" yazıb.
Mənbənin məlumatına görə, "Paris" Ramosun "Nitsa" ilə danışıqlarının pozulmasından sonra tanınmış ispaniyalı müdafiəçiyə maraq göstərib. Qeyd olunur ki, futbolçunun özü paytaxt klubunun layihəsinə o qədər də inanmadığı üçün "daha iddialı" klublara üstünlük verir.
39 yaşlı Ramosun son klubu Meksikanın "Monterrey"i olub. O bu komandadan ötən ilin dekabr ayının əvvəlində ayrılıb. Bundan başqa, Serxio öz yetirməsi olduğu "Sevilya" klubundakı çıxışları ilə də tanınır.
Ramos həmçinin İspaniya millisində ən çox oyun keçirən futbolçu rekorduna sahibdir.