04 yanvar 2026 09:48
207

Maduro Nyu-Yorka gətirilib

Venesuela Prezidenti Nikolas Maduro Nyu-Yorkun Bruklin şəhərindəki istintaq təcridxanasına aparılıb.

“İki sahil” xəbər verir ki, bu barədə CNN Nyu-York polisinə istinadla məlumat yayıb.

Telekanal xəbər verir ki, bundan əvvəl o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vertolyotla Manhettenə aparılıb.

Təcridxananın qarşısında böyük izdiham yaranıb, bəzilərinin əlində Venesuela bayraqları olub.