13 aprel 2026 21:39
122

Türkiyədə 4 maqnitudalı zəlzələ olub

Türkiyənin Ərzincan vilayətində 4 maqnitudalı zəlzələ olub.

“İki sahil” xəbər verir ki, bu barədə AFAD (Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi) məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkan yerli vaxtla 19:15-də Kemah rayonunda baş verib.

Zəlzələ ocağının dərinliyi 7,12 kilometrdir.