Türkiyə Petrolları Anonim Şirkətinə (TPAO) təhvil verildikdən sonra Silifke rayonuna göndərilən beşinci və altıncı qazma gəmilərinin qarşıdakı səfərləri ərəfəsində görülən hazırlıq işləri Ağalar körpüsündə davam edir.

“Fatih”, “Yavuz”, “Kanuni” və “Abdülhamid Han” gəmilərindən sonra donanmaya qoşulan xarici səthi qırmızı və ağ rənglərə boyanmış, üzərində ay-ulduz təsviri yer alan eyni funksiyalı gəmilərdən olan “Çağrı Bəy” və “Yıldırım” limandakı prosedurlar başa çatdıqdan sonra ilk səfərlərinə yola salınacaq.
Eyni texniki xüsusiyyətlərə malik yeddinci nəsil ultra-dərin dəniz qazma gəmilərindən olan “Çağrı Bəy” yeni kəşflər məqsədilə Somalidə, “Yıldırım” isə Qara dənizdə fəaliyyət göstərəcək.
Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, “Çağrı Bəy” fevral ayında Somalidə ölkə xaricində ilk qazma işini həyata keçirəcək, “Yıldırım” isə bir neçə ay sonra Qara dənizə yola düşəcək.
Orxan Vahidoğlu, “İki sahil”