Azərbaycan Mərkəzi Bankı (AMB) yerli banklara kapitalını Bazel III standartlarına uyğunlaşdırmaq üçün 1 il vaxt verib.
“İki sahil” bu barədə AMB-yə istinadən xəbər verir.
Xatırladaq ki, qurumun İdarə Heyətinin ötən il dekabrın 16-da qəbul etdiyi qərarla "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"nda dəyişikliklər edilib. Bu addım "2024 – 2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"ndan irəli gələrək bank sektorunda maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq tənzimləmə standartlarına uyğunluğun artırılması məqsədilə atılıb.
Sözügedən dəyişikliklərlə bank kapitalının strukturu, kapital adekvatlığı əmsalları, kapital buferləri və bir sıra digər tələblər və tənzimləmələr Bazel III standartlarına uyğunlaşdırılıb.
Dəyişikliklərə əsasən, yeni kapital buferlərinin tətbiqi bankların mümkün itkilərə qarşı dayanıqlılığını artırmaqla risklərin daha düzgün qiymətləndirilməsinə və bank kapitalının keyfiyyətinin yüksəldilməsinə, habelə iqtisadiyyatın dayanıqlı maliyyələşdirilməsi proseslərinin əlavə dəstəklənməsinə şərait yaradacaqdır.
Eyni zamanda, kapital tələblərinin Bazel III standartlarına uyğunlaşmadırılması prosesinin başa çatdırılması prudensial siyasətin və nəzarət çərçivəsinin güclənməsini təmin etməklə yanaşı, bank sektorunun beynəlxalq investorlar üçün cəlbediciliyinə müsbət töhfə vermiş olacaqdır.
Yeni kapital strukturuna adaptasiyası, bankdaxili qayda və prosedurlarının yeni requlyativ tələblərə uyğunlaşdırılması, eləcə də sektorda zəruri təlimlərin keçirilməsi və yeni yanaşmaların prudensial hesabatlığa inteqrasiyası üçün banklara 1 illik keçid dövrü verilib. Belə ki, yeni tələblərə 1 yanvar 2027-ci ildən etibarən tam riayət olunması banklardan tələb ediləcək.
"AzərEnerji" "ACWA Power" ilə "Xızı-Abşeron" KES-in enerjisistemə qoşulmasını müzakirə edib
OPEC 4 ölkənin yüksək hasilata görə yenilənmiş kompensasiya planlarını təqdim edib
Uğurlu enerji diplomatiyası: Azərbaycanın təbii qazı daha iki Avropa ölkəsinə nəql olunacaq
Energetika Nazirliyində “ACWA Power” şirkəti ilə müzakirələr aparılıb - YENİLƏNİB