07 yanvar 2026 10:58
167

Abşeronda "sosial eksperiment" keçirmək adı ilə dələduzluq etməkdə ittiham olunan şəxs saxlanılıb

Abşeronda "sosial eksperiment" keçirmək adını ilə dələduzluqda ittiham olunan şəxs saxlanılıb.

Bu barədə "İki sahil"ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonu ərazisində bir nəfər üzləşdiyi qeyri-adi dələduzluq hadisəsi ilə bağlı polisə müraciət edib.

Zərərçəkən bildirib ki, naməlum şəxs Xırdalan şəhərində ona yaxınlaşaraq ehtiyacı olduğu üçün ondan 1 manat istəyib. Pulu verdikdən sonra isə zərərçəkənin cibində xeyli miqdarda maddi vəsait olduğunu görən həmin şəxs sosial eksperiment apardıqlarını bildirib. O, veriliş üçün bir qədər də pul lazım olduğunu və çəkilişdən sonra geri qaytaracağını deyib. Bu yolla zərərçəkənin 1350 manatını alaraq ələ keçirib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı Elvin Mehdiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.