07 yanvar 2026 22:32
174

Mikroavtobus "Jiquli" ilə toqquşub Salyanda

Salyanda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.

Hadisə şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.

Belə ki, sərnişin daşıyan mikroavtobusla "Jiquli" markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində səkkiz nəfər xəsarət alıb.

Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

"Report"