06 yanvar 2026 20:30
592

YAP Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatında yığıncaq keçirilib

Yeni Azərbaycan Partiya (YAP) Daşkəsən rayon təşkilatı üzrə Təhsil şöbəsi ərazi partiya təşkilatında yeni sədrin və sədr müavininin seçilməsi ilə bağlı yığıncaq keçirilib.

“İki sahil” xəbər verir ki, yığıncaqda YAP Daşkəsən rayon təşkilatı aparatının məsləhətçisi Sərdar Xıdırov iştirak edib.

Sərdar Xıdırov, Ayxan Fərəcli, Kamil Abışov və başqaları çıxışlarında Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvəyə malik olmasından və Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədən geniş söhbət açıblar.     

“Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında” Əsasnamənin 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq sadə səs çoxluğu ilə Ayxan Fərəcli ərazi partiya təşkilatının sədri, Fərid Cavadov isə sədr müavini seçilib.

Yekunda 2 nəfər gənc partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib