Cəbrayıl rayonunda geniş miqyaslı yanğın başlayıb.
Yanğın hadisəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində başlayıb.
Daha sonra Füzuli rayon Qazaxlar və Mirzənağılılar kəndi ərazilərinə yayılıb. Geniş ərazilərə yayılan yanğın hazırda sərhəd boyunca davam edir. Yanğın baş verən əraziyə FHN-nin Füzuli rayonunun yanğınsöndürən bölməsinin 3 maşını şəxsi heyətlə, Cəbrayıl rayonunun isə 2 yanğınsöndürən bölməsinin avtomobili şəxsi heyətlə cəlb olunub. Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.
Faktla bağlı araşdırma aparılır
Trend