08 yanvar 2026 10:46
145

Tərtərdə narkotik vasitə və odlu silah satan şəxs həbs olunub

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində odlu silah və narkotik maddələrin satışını təşkil edən əvvəllər məhkum olunmuş Qorxmaz Əhmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, ondan 1 ədəd "AK-74" avtomatı, həmin silaha aid daraq, 3 ədəd patron və yaşadığı ünvandan narkotik vasitə marixuana aşkarlanıb. O, silah-sursatı Tərtər rayonu ərazisində 1500 manata satmaq istəyib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.