Futbol üzrə İngiltərə Premyer Liqasında XXI turun oyunları keçirilir.
“İki sahil” xəbər verir ki, “Mançester Siti” doğma meydanda “Brayton”la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
“Çelsi” London derbisində “Fulhem”ə 1:2 hesabı ilə uduzub. Bu mövsüm yaxşı təsir bağışlayan “Aston Villa” “Kristal Pelas”la görüşdə xal itirib – 0:0.
Son həftələrdə qeyri-sabit çıxışı ilə diqqət çəkən “Mançester Yunayted” bu dəfə “Börnli”nin müqavimətini qıra bilməyib – 2:2.
Bundan başqa, “Bornmut” “Tottenhem”ə 3:2, “Brentford” “Sanderlend”ə 3:0,”Nyukasl” “Lids”ə 4:3 hesabı ilə qalib gəlib. “Everton” isə “Vulverhempton”la heç-heçə edib – 1:1.
Hazırda turnir cədvəlinə 48 xalla “Arsenal” başçılıq edir. “Mançester Siti” 43 xalla ikinci, eyni xala malik “Aston Villa” isə 3-cü sırada qərarlaşıb.