Ötən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Volqoqrad vilayətindəki neft anbarına, eləcə də müvəqqəti işğal olunmuş Ukrayna ərazilərindəki bir neçə hədəfə zərbə endirib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının teleqram kanalında məlumat yayımlanıb.
Bildirilib ki, Rusiya ordusunun hücum imkanlarını azaltmaq tədbirləri çərçivəsində yanvarın 9-dan 10-na keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Volqoqrad vilayətinin “Jutovskaya” neft anbarına zərbə endirib.
Baş Qərargah Rusiya ordusunun bölmələrini yanacaqla təmin edən hədəfin vurulduğunu və zərərin miqyasının müəyyən olunduğunu qeyd edib.
Həmçinin diqqətə çatdırılıb ki, müvəqqəti işğal olunmuş Zaporojye bölgəsində Rusiya ordusunun 19-cu Motoatıcı Diviziyasının bölməsinə məxsus dron anbarına və Donetsk vilayətinin Pokrovsk rayonunun yaxınlığındakı dronları idarəetmə məntəqəsinə zərbələr endirilib.
Eyni zamanda, bildirilib ki, Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində bir sıra hədəflərə, o cümlədən 76-cı Hava-Desant Hücum Diviziyasının şəxsi heyətinin cəmləşdiyi yerə, eyni diviziyanın tank batalyonunun bir hissəsinin komanda və müşahidə məntəqəsinə və 41-ci Ordunun bir hissəsinin komanda məntəqəsinə zərbələr endirilib.
Rusiya ordusunun itkiləri dəqiqləşdirilir.
Almaniyanın xarici işlər naziri BMT Baş katibi ilə ABŞ-də görüşmək niyyətindədir
İran prezidenti: Vətəndaşların nigaranlığını aradan qaldırmaq hökumətin vəzifəsidir