11 yanvar 2026 15:51
141

Oğuzda yük və minik avtomobilləri toqquşub

Oğuz rayonunda ağır yol qəzası baş verib.

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı yük avtomobili ilə "KİA" markalı minik avtomobili toqquşub.

Qəza zamanı bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əraziyə polis əməkdaşları cəlb olunub.

"Report"