11 yanvar 2026 20:11
141

Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb

Ağdərədə minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"un Qarabağ Bürosunun sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində sağ baldırın yuxarı 1/3 səviyyəsində amputasiyası əməliyyatı icra olunub. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Xatırladaq ki, hadisə işgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində baş verib.

Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Kərimov Elvin Həmiddin oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.