Bakıda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
“İki sahil” xəbər verir ki, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə əvvəllər məhkum olunmuş 52 yaşlı Zaur Ələsgərov şübhəli şəxs qismində saxlanılıb.
Ondan 6 kiloqram marixuana, 470 qram tiryək və 355 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib
Braziliya səfiri də daxil olmaqla üç ölkənin diplomatları Azərbaycana təxliyə olunub