ABŞ "Havana sindromu"na səbəb ola biləcək cihaz əldə edib.
“İki sahil” xəbər verir ki, bu barədə CNN məsələ ilə tanış olan dörd mənbəyə istinadən məlumat yayıb.
Mənbələrin verdiyi məlumata görə, daxili təhlükəsizlik bölməsi Bayden administrasiyasının son günlərində Müdafiə Nazirliyinin ayırdığı vəsait hesabına cihazı milyonlarla dollara alıb.
Qeyd olunub ki, ABŞ Müdafiə Nazirliyi bir ildən çox müddət ərzində gizli əməliyyat zamanı əldə edilmiş cihazı sınaqdan keçirib. Bəzi müstəntiqlərin fikrincə, bu cihaz Amerika casuslarında, diplomatlarında və hərbçilərində "Havana sindromu" kimi tanınan bir sıra sirli xəstəliklərə səbəb ola bilər.
Nəşr vurğulayıb ki, bu cihaz hələ də öyrənilir və bəzi hökumət dairələrində onun rəsmi olaraq izah olunmayan onlarla qeyri-adi sağlamlıq hadisəsi ilə əlaqəsi ilə bağlı müzakirələr və hətta şübhələr davam edir. Qeyd olunub ki, cihazın yaratdığı impulslu radio dalğaları insidentlərə səbəb ola bilər.