Filippinin mərkəzindəki Sebu şəhərində zibil poliqonda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 19-a çatıb.
“İki sahil” xəbər verir ki, məlumata görə, 17 nəfər hələ də itkin düşmüş hesab edilir. Sebu şəhər şurası qurbanların xatirəsinə matəm günü elan edib. Fövqəladə xidmətlər axtarış-xilasetmə əməliyyatını davam etdirir və buna 300-dən çox insan cəlb edilib. Onlara Sebu Hərbi Dəniz Qüvvələrinin əməkdaşları da qoşulublar.
Xatırladaq ki, Sebu zibil poliqonunda sürüşmə yanvarın 8-də baş verib. Hadisədən sonrakı ilk saatlarda dağıntılar altından 12 nəfər sağ tapılıb və daha sonra onlar xəstəxanaya yerləşdiriliblər.