09 aprel 2026 11:22
130

Gürcüstanda 9 Aprel qurbanlarının xatirəsi anılır

Gürcüstanda 9 Aprel hadisələrinin 37-ci ildönümü qeyd olunur.

“İki sahil” xəbər verir ki, Dövlət və hökumət rəsmiləri, gürcü xalqı, eləcə də bu ölkədə yaşayan azərbaycanlılar Gürcüstan parlamentinin binası önündə 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edirlər.

Qeyd edək ki, 1989-cu il aprelin 9-da sovet ordusu Tbilisidə Gürcüstanın müstəqilliyi tələbi ilə keçirilən dinc nümayişi tanklardan və zəhərləyici qazlardan istifadə etməklə qəddarcasına dağıdıb. Nəticədə 21 nəfər həlak olub, yüzlərlə insan yaralanıb, 3500 nəfər kimyəvi qazdan zəhərlənib.

Gürcüstanda 9 Aprel tarixi Milli Birlik Günü, həmçinin müstəqillik uğrunda həlak olanların xatirə günü kimi qeyd edilir. Faciə qurbanlarının xatirəsi ənənəvi olaraq Şota Rustaveli prospektində, Gürcüstan parlamentinin binası qarşısındakı memorial abidə önündə anılır.