15 yanvar 2026 10:44
84

İranla bağlı dəhşətli rəqəmlər – Əraqçi aydınlıq gətirdi

“İranda etirazlar zamanı 12 mindən çox insanın ölməsi barədə deyilənlər əsassızdır”.

“İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O, bu barədə “Fox News” telekanalının efirində aparıcının sualını cavablandırarkən danışıb. Nazirin sözlərinə görə, ölənlərin sayı yüzlərlə ifadə olunmalıdır.