Azərbaycanın dörd komandası bu gün yoxlama oyunu keçirəcək.
“İki sahil” xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan "Neftçi" Çinin "Çenqdu Ronqçenq" kollektivi ilə üz-üzə gələcək.
"Ağ-qaralar" daha əvvəl Misir təmsilçisi "Piramids"lə heç-heçə (1:1) edib. Qazaxıstanın "Kayrat" komandasını üç cavabsız qolla üstələyib.
Türkiyənin Antalya bölgəsində toplanışda olan "Zirə" və "Qarabağ" isə bu gün iki matça çıxacaqlar. Paytaxt klubu Ukraynanın "Aleksandriya və Çexiyanın "Bohemians 1905" kollektivləri ilə görüşəcək. Ağdamlılar Bakı vaxtı ilə saat 12:00-da Xorvatiyanın "Osiyek", 19:00-da Polşanın "Zaqlebye" komandasını sınağa çəkəcək.
"Zirə" ilk oyunda Rumıniyanın "Çiksereda" klubu ilə bərabərə qalıb - 3:3. Özbəkistan təmsilçisi "Neftçi"ni beş cavabsız qolla məğlub edib.
"Sumqayıt" Antalyada sonuncu qarşılaşmasını keçirəcək. "Gənclik şəhəri" təmsilçisi axşam saatlarında "Osiyek"lə münasibətlərə aydınlıq gətirəcək. Saşa İliçin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstanın "Pakş" və Serbiyanın OFK (Berlqrad) komandalarına uduzub - 1:5, 1:4.