16 yanvar 2026 11:09
96

Bu gün voleybol üzrə Yüksək Liqada növbəti oyunlar keçiriləcək

Bu gün voleybol üzrə Yüksək Liqada növbəti oyunlar keçiriləcək.

“İki sahil” xəbər verir ki, işilərin yarışında VIII turdan təxirə salınmış bir görüş reallaşacaq.

Belə ki, "Azerreyl" Fövqəladə Hallar Nazirliyinin idman zalında "Xilasedici"nin qonağı olacaq. Görüş saat 17:00-da başlayacaq.

Qadınlarda IX turdan oyun baş tutacaq. "Murov Az Terminal" "Turan"la, "Milli Aviasiya Akademiyası" isə "DH Volley"lə üz-üzə gələcək.

Hər iki qarşılaşma saat 17:00-da start götürəcək.