Türkiyənin Mərkəzi Anadolu şəhəri olan Kayseridə aparılan yenidənqurma işləri zamanı təxminən 900 illik mədrəsənin qalıqları aşkar edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mediası Kayseri Böyükşəhər Bələdiyyəsinə istinadla məlumat yayıb.

Məlumata görə, tikinti layihələrinin icrası zamanı Məlik Məhməd Qazi Türbəsinin yaxınlığında mədrəsə divarlarının izlərinə rast gəlinib.
Qeyd olunub ki, müxtəlif sivilizasiyalara ev sahibliyi etmiş Kayseridə bu cür tarixi əsərlərin ortaya çıxarılması böyük əhəmiyyət kəsb edir. Danişmədlilər dövrünün görkəmli şəxsiyyəti Məlik Məhməd Qazi tərəfindən inşa edilən Cami Kəbir məscidinin ətrafında həyata keçirilən layihələr zamanı belə tarixi tapıntı təsadüfən üzə çıxıb. Mədrəsənin divar qalıqları və izləri, türbənin cənubunda aşkarlanıb.