ABŞ-ın səhiyyə və sosial xidmətlər naziri Robert Frensis Kennedi ABŞ prezidenti Donald Trampın qida vərdişlərini “son dərəcə qeyri-adi” adlandırıb. O, bu barədə amerikalı mühafizəkar siyasətçi Keti Millerə verdiyi müsahibədə danışıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

“Tramp çox pis qidalanır — əsasən McDonald’s, şirniyyatlar və dietik kola. O, dietik kolanı daim içir. Amma buna baxmayaraq, onun sağlamlığı möcüzəvidir. Açığı, onun necə yaşadığını başa düşmürəm”, — deyə Kennedi prezidentin rasionunu şərh edib.
Nazirin sözlərinə görə, Donald Tramp səfərlər zamanı əsasən fastrfud yeyir və böyük korporasiyaların məhsullarına üstünlük verir. Bunun səbəbi isə yolda xəstələnməmək üçün həmin şirkətlərə daha çox etibar etməsidir. Bununla yanaşı, Tramp Mar-a-Laqo iqamətgahında və ya Ağ Evdə olduğu zaman “həqiqətən keyfiyyətli yeməklərlə” qidalanır.
Avropalı liderlər Trampın addımlarını QRUP ÇATINDA MÜZAKİRƏ EDİRLƏR - "Politico"
Cənubi Koreya və İtaliya yüksək texnologiyalı sahələrdə əməkdaşlığı genişləndirəcək