“Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı” həyata keçirilməsinin əlaqələndirilməsi məqsədilə İşçi Qrup yaradılacaq.
“İki sahil” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Fəaliyyət Planının həyata keçirilməsinin əlaqələndirilməsi məqsədilə əsas və digər icraçı orqanların (qurumların) rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin təmsil olunduğu İşçi Qrup yaratmalı və bu barədə məlumatı 2026-cı il fevralın 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
Dövlət Komitəsi ildə bir dəfə Milli Fəaliyyət Planının icrasının monitorinqinin və qiymətləndirmə hesabatının İşçi Qrup tərəfindən müzakirəsini təşkil etməlidir.
“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar
İnsan hüquqları komitəsində kibertəhlükəsizlik və rəqəmsal qanunvericiliklə bağlı mühüm dəyişikliklər nəzərdən keçirilib
“Sikh Federation International”: Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır