20 yanvar 2026 09:08
103

Baş nazir və spiker Şəhidlər xiyabanını ziyarət ediblər

Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, eləcə də digər dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər.

“İki sahil” xəbər verir ki,  onlar Azərbaycanın azadlığı uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini ehtiramla anıblar.