21 yanvar 2026 21:35
107

Sakaryada faciəvi qəza: 1 ölü, 19 yaralı

Sakaryada (Türkiyə) sərnişin avtobusu, yük maşını və iki avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

İki sahil” İHA-ya istinadla xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 19 nəfər yaralanıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Yaralılardan üçünün uşaq olduğu öyrənilib. Məlumata əsasən, hadisə yerinə çoxsaylı tibbi, yanğınsöndürmə və jandarma qrupları göndərilib. Yaralılar hadisə yerində ilkin tibbi yardım aldıqdan sonra yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Məhərrəm Ağalaroğlu, “İki sahil”