22 yanvar 2026 09:37
99

İran vətəndaşı vasitəsilə narkokuryerlik edən şəxslərdən 6 kiloqram narkotik aşkarlanıb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı Alxan Ağarəhimov və 35 yaşlı Elvin Mehdiyevş saxlanılıblar.

DİN-in Mətbuat xidmətindən "İki sahil"ə verilən məlumatda bildirilib ki, onlardan 6 kiloqrama yaxın narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb. Alxan Ağarəhimov və Elvin Mehdiyev sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanıb, onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı avtomatı polisə təhvil verib.