25 yanvar 2026 11:45
106

21 oyunun 19-da "Real Madrid"ə qələbə qazandırıb

"Real Madrid"in hücumçusu Kilian Mbappe növbəti dəfə komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.

“İki sahil” xəbər verir ki, ötən gün keçirilən oyunda Madrid təmsilçisi "Vilyarreal" üzərində 2:0 hesablı qələbə qazanıb. Qarşılaşmada 27 yaşlı fransız futbolçu dubla imza atıb.

Statistikaya görə, Mbappenin qol vurduğu 21 oyunun 19-da “Real Madrid” qələbə qazanıb. Hücumçunun fərqlənə bilmədiyi 11 qarşılaşmada isə paytaxt klubu cəmi 4 qələbə əldə edib, 2 heç-heçə və 5 məğlubiyyətlə üzləşib.

Hazırda La Liqanın turnir cədvəlində 51 xalla birinci yerdə qərarlaşan “Real Madrid”i 2 xal geridə olan "Barselona" izləyir.