25 yanvar 2026 22:40
107

Ermənistanda qumbara partlayıb

Gorus şəhərində qumbara partlayışı nəticəsində iki nəfər ölüb, daha bir nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, partlayış məişət münaqişəsi zamanı baş verib. Gorus şəhərinin meri Aruş Aruşanyanın sürücüsü, eləcə də uzun müddət Ermənistanda yaşamayan və münaqişənin iştirakçısı olan uzaq qohumu həlak olub.

Həmçinin, insident nəticəsində Qarabağdan Ermənistana köçmüş daha bir gənc yaralanıb və xəstəxanaya yerləşdirilib.