ABŞ nümayəndə heyətinin üzvləri Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşə "ağıllı" üzük taxaraq gəliblər.
“İki sahil” xəbər verir ki, bu barədə "Rossiya 1"in müxbiri Pavel Zarubin məlumat verib.
Zarubinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın kürəkəni, iş adamı Cared Kuşner biləyinə qırmızı sap da taxıb. İnanca əsasən, bu sap sağlamlığı gücləndirir və uğur gətirir.
Qeyd edək ki, "ağıllı" üzük stres səviyyəsini, ürək döyüntüsünü və yuxu fazalarını ölçür.
Xatırladaq ki, yanvarın 23-ə keçən gecə Putin Kremldə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə görüş keçirib.