Türkiyə Suriyanın Ayn əl-Ərəb bölgəsinə humanitar yardım göndərib.
“İki sahil” xəbər verir ki, yardım Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) tərəfindən hazırlanıb.
Bildirilib ki, beş TIR-da 50 ton un, birində isə yataq dəstləri və uşaq bezləri var.
Xatırladaq ki, Türkiyə ötən ilin dekabrında da Suriyaya yardım göndərib. Terrorçulardan xilas edilən Tel-Rıfat bölgəsində yaşayan 625 ailəyə ərzaq bağlamaları çatdırılıb.