ABŞ-nin qar fırtınasından zərər çəkən ştatlarında azı yeddi nəfər ölüb.
“İki sahil” CNN-ə istinadla xəbər verir ki, Texas, Missuri və Kanzas ştatlarında qar fırtınası ilə bağlı ölüm halları qeydə alınıb. Hakimiyyət orqanları sakinləri evdə qalmağa çağırır.
Ümumilikdə 23 ştatda fövqəladə vəziyyət elan olunub. "NBC News" telekanalının məlumatına görə, şiddətli hava xəbərdarlıqları 185 milyon ABŞ sakininə təsir edib və bir milyondan çox istehlakçı elektriksiz qalıb.
Yanvarın 25-də ölkə daxilində 10 mindən çox uçuş ləğv edilib.
İsrail "Rəfah" buraxılış məntəqəsini məhdud rejimdə və tam nəzarət altında açacaq
Fransada yanğınsöndürənlər kazarmasında islamofob xarakterli yazılar aşkarlanıb