Ukrayna prezidenti Volodimir Zelenski Litvaya səfəri çərçivəsində Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Svetlana Tixanovskaya bu barədə öz Telegram-kanalında paylaşımda məlumat verib.
Tixanovskaya Ukrayna prezidentinə demokratik Belarusa verdiyi dəstəyə görə təşəkkür edib. Müxalifət lideri həmçinin Belarusda siyasi məhbusların azad edilməsi prosesində göstərdikləri köməyə görə Zelenskiyə və onun administrasiyasına minnətdarlığını bildirib.
Keçən ilin sonunda Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-nin bəzi sanksiyalarının ləğvi müqabilində siyasi cinayətlərdə təqsirli bilinən 123 nəfəri azad edib.
Eyni zamanda, siyasi məhbusların əksəriyyəti, o cümlədən, tanınmış siyasətçilər Aleksandr Babariko və Mariya Kolesnikova, həmçinin Nobel mükafatı laureatı Ales Bialyatski Belarusdan Ukraynaya aparılıb.
Xatırladaq ki, Polşa və Litva prezidentləri ilə görüşmək ümün Volodimir Zelenski yanvarın 25-də Vilnüsə gəlib.
Qazaxıstan "ExxonMobil"i "Tengiz"dəki qəzanın nəticələrini aradan qaldırmağa çağırıb