Qubada 55 yaşlı kişi xəsarətlər alıb
"İki sahil"in Şimal bürosundan verilən məlumata görə, Quba şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Quba Rayon Mərkəzi Xəstəxanasının məlumatında bildirilib ki, "25.01.2026-cı il tarixində saat 15:30 radələrində Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1970-ci il və təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, baş beyinin əzilməsi diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir."
Aydın Adıgözəlov, Quba,
"İki sahil"in Şimal bürosu