Qubada aşan avtomobildə 3 nəfər xəsarət alıb.
Bu barədə "İki sahil"in Şimal bürosuna Quba Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilir ki: "26.01.2026-cı il tarixində saat 13:30 radələrində Quba rayonu Üçgün kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (kişi) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1984-cü il, 1989-cu il və 1991-ci il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əhatə edən səthi travması, kürək sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən hər üç pasiyentin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir."
Aydın Adıgözəlov,
Quba, "İki sahil"in Şimal bürosu