26 yanvar 2026 23:49
95

"Marsel" etiraz edir: Bu, ədalətsizlikdir

Fransa Liqa 1-in 20-ci turunda PSJ ilə qarşılaşacaq "Marsel" klubu azarkeşlərinə qoyulan səfər qadağası ilə bağlı rəsmi bəyanat yayıb.

“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, Paris polisi paytaxtda keçiriləcək matça "Marsel" tərəfdarlarının girişini qadağan edib. Klub bu qərara sərt etiraz edib: 

"Klub bu qərardan dərin təəssüf hissi keçirir. Bu, azarkeşlərimizi növbəti dəfə komandanı dəstəkləmək hüququndan məhrum edir. Xatırladırıq ki, avqust ayında "Velodrom"da keçirilən ilk dövrə oyununda PSJ azarkeşlərinin gəlişinə icazə verilmiş və heç bir insident yaşanmamışdı. Qarşılıqlı ədalət prinsipinin tətbiq edilməməsi təəssüf doğurur".

Klub bəyanatında azarkeşlərin futbolun əsas hissəsi olduğunu vurğulayıb və qərarın dəyişdirilməsi üçün apellyasiya şikayəti verdiyini açıqlayıb.

Qeyd edək ki, sözügedən qarşılaşma yanvarın 31-də baş tutacaq.