27 yanvar 2026 09:11
102

Braziliya millisinin futbolçusu karyerasını ölkəsində davam etdirəcək

Braziliya millisinin futbolçusu Lukas Paketa karyerasını ölkəsində davam etdirəcək.

“İki sahil” xəbər verir ki,  "Flamenqo" 28 yaşlı yarımmüdafiəçinin keçidi üçün İngiltərənin "Vest Hem" klubu ilə razılığa gəlib.

A Seriyası təmsilçisinin oyunçu üçün təxminən 41 milyon avro ödəyəcəyi ehtimal olunur. Transferin tezliklə rəsmiləşəcəyi gözlənilir.

Paketa "Vest Hem"in son matçlarında meydana çıxmayıb. O, son olaraq yanvarın 6-da "Nottinqem Forest"lə qarşılaşmada iştirak edib.

Qeyd edək ki, Lukas Paketa 2022-ci ildən London klubunun formasını geyinir.