Fonddan "İki sahil"ə verilən məlumata görə, 2025-ci ildə Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonunda 5 ünvanda yerləşən yaşayış komplekslərində satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzillər təqdim edilib və 2813 kirayə müqaviləsi rəsmiləşib. 2026-cı il yanvarın 1-nə olan məlumata görə, bu mexanizm vasitəsilə inidiyə qədər 9070 ailənin mənzil şəraiti yaxşılaşıb. Mənzil sahibi olan vətəndaşların 60 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 17 ünvanda mənzillər təqdim edilib. Onlardan 8-i Bakı şəhərində, 6-sı Abşeron rayonunda, 3-ü isə Sumqayıt şəhərində yerləşir.
Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir edilib, isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, eyni zamanda həmin mənzillərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.
Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
“Caspian Agro Week” regionun aparıcı aqrar platforması kimi mövqeyini gücləndirir - FOTO
Bakıda “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda beynəlxalq aqrar sığorta forumu keçirilib
“lll Beynəlxalq Aqrar İnnovasiya Forumu” çərçivəsində panel müzakirələri davam edir