Dövlət Turizm Agentliyi Oman Sultanlığının paytaxtı Məsqət şəhərində keçirilən Yaradıcılıq üzrə Əl İşi Sənayelərinə həsr olunmuş Birinci Beynəlxalq Forumda milli stendlə təmsil olunub.
“İki sahil” xəbər verir ki, 22-26 yanvar tarixlərini əhatə edən forum Omanla yanaşı, müxtəlif xarici ölkələrdən yaradıcılıq və əl işi sənayeləri sahəsində fəaliyyət göstərən qurum və müəssisələrin nümayəndələrini bir araya gətirib.
Forum çərçivəsində Azərbaycanın Oman Sultanlığındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov, Omanın Mədəni İrs və Turizm naziri Seyid İbrahim bin Səid əl-Busaidi və Omanın Kiçik və Orta Müəssisələrin İnkişafı üzrə Qurumunun sədri Halima bint Raşid əl-Zəriyə milli stendi ziyarət edib.
Ziyarətçilər milli stenddə yerli sənətkarlar tərəfindən nümayiş etdirilən Şəkiyə məxsus şəbəkə, təkəlduz və keçə sənəti nümunələri ilə tanış olublar.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib