İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) alkoqollu içkilərin istehsalı sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə qeyd olunan sahədə qanunvericiliyə edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib. Xüsusilə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə edilmiş dəyişikliklər çərçivəsində arağın illik minimum istehsal həcmi ilə bağlı tələblər diqqətə çatdırılıb, bu tələblərə riayət edilməməsinin qeydiyyatın ləğvi üçün əsas olduğu vurğulanıb, fəaliyyətin qanunvericiliyin tələbləri çərçivəsində davam etdirilməsi məqsədilə real istehsal həcmlərinə uyğun dəqiqləşdirilmiş bəyannamələrin təqdim olunmasının vacibliyi bildirilib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, alkoqollu içki olan araq üzrə 2024–2025-ci illər üçün minimum istehsal həcmi 20 min dekalitr, 2026–2027-ci illər üçün isə 30 min dekalitr həcmində müəyyənləşdirilib. Bu tələb 2032-ci ilə qədər mərhələli şəkildə artırılmaqla 100 min dekalitrə çatdırılacaq.
Görüş zamanı aksizli malların, o cümlədən alkoqollu içkilərin (pərakəndə satış istisna olmaqla) nağd qaydada və qanunvericilikdə nəzərdə tutulmuş sənədlərlə rəsmiləşdirilmədən alqı-satqısının həyata keçirilməsinin, habelə aksiz markası ilə markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış məhsulların istehsalı və satışının yolverilməz olduğu vurğulanıb. Bu sahədə vergi nəzarəti tədbirlərinin mütəmadi olaraq həyata keçiriləcəyi bildirilib.
Vergi ödəyiciləri tərəfindən ünvanlanan suallar cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib