Bu il ərzində Bakıda tramvay şəbəkəsinin yaradılması ilə bağlı işçi layihənin hazırlanması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, Bakıda tramvay şəbəkəsinin yaradılması ilə plan ondan ibarətdir ki, ilk növbədə konseptual plandan sonra layihələndirmə mərhələsi həyata keçiriləcək: "Söhbər peşəkar layihələndirmə şirkəti tərəfindən bütün şəbəkənin - 5 xətt və 3 depodan gedir - layihələndirilməsindən gedir. Layihələndirmədən sonra biz burada da ümumi planla yanaşırıq. Dünyada bu işi, yəni bu infrastrukturu quran bir neçə aparıcı şirkətlər var: bunlar həm Çinin, həm Avropanın, həm də digər ölkələrin şirkətləri ola bilər. Ancaq məqsəd tam müfəssəl bir layihə hazırlandıqdan sonra şəffaf bir tender vasitəsilə bizim üçün ən uyğun təklif nə olacaqsa, onun seçilməsidir".
R. Hümmətovun fikrincə, orada da istisna deyil ki, layihəni icra edəcək qurum öz maliyyə təminatı, ekspertizaları və sair ilə gələ bilər. Bunların heç biri istisna deyil: "Biz hazırda növbəti mərhələ kimi bu işçi layihənin hazırlanması mərhələsinə keçirik və bu il ərzində həmin işi görməyi planlaşdırırıq".
Bakıda ödənişli zonalarla bağlı məsələlər dövlət qurumları ilə tam razılaşdırılmayıb