Bakıda hoteldən meyit tapılıb.
“İki sahil” xəbər verir ki, hadisə dünən axşam saatlarında paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsindəki hoteldə baş verib.
Rusiya vətəndaşı, 1968-ci il təvəllüdlü Cəmil Alıyevin meyiti hoteldəki otaqlardan birində tapılıb. Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.