Dünya miqyasında baş verən mürəkkəb və ziddiyyətli proseslər fonunda bu gün dünya liderlərinin qəbul etdiyi qərarların təkcə indiki dövr üçün deyil, gələcək nəsillər üçün yaradacağı nəticələr üzərində ciddi şəkildə düşünmək zəruridir. Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanması, məhz bu baxımdan xüsusi diqqət tələb edən addımlardan biridir. Biz vicdan sahibi insanlar olaraq bu təşəbbüsün giriş hissəsində yer alan vədi diqqətlə dəyərləndirməliyik.
“İki sahil” xəbər verir ki, bunu Dini Azadlıq üzrə Amerika Mərkəzinin baş icraçı direktoru, ABŞ Daxili Təhlükəsizlik Departamentində sabiq direktor müavini Janna Skot deyib.
J.Skot qeyd edib ki, bu vəd uzun müddətdir sülhün əldə olunmasının çətin olduğu bölgələrdə ortaq məsuliyyətə və öhdəliklərə əsaslanan davamlı və nəticəyönümlü tərəfdaşlığın qurulmasını nəzərdə tutur. “Sülh Şurasının əsas məqsədi münaqişə riski olan ərazilərdə sabitliyin təmini, qanuni idarəetmənin bərpası və davamlı sülhə nail olmaqdır. Ağ Evin məlumatına görə, Şuranın ilkin diqqət mərkəzi Prezident Trampın Qəzza ilə bağlı baxışıdır”, - deyə o əlavə edib.
Azərbaycan və Çin strateji tərəfdaşlığın dərinləşdirilməsini qətiyyətlə davam etdirir - Ceyhun Bayramov
YAP Sədrinin müavini Tahir Budaqov Vyetnamda "Strateji tərəfdaşlıq - siyasi partiyaların aparıcı rolu" mövzusunda tədbirdə iştirak edib
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının TARİXİ VƏ GÜNDƏLİYİ AÇIQLANIB