Bu, son dərəcə vacib və qeyri-adi bir görüşdür. Bu, ilk birgə tədbir olmaqla yanaşı, həm diqqətəlayiq, həm də olduqca sevindirici bir hadisədir.
“İki sahil” xəbər verir ki, bu fikri Berlində “Cənubi Qafqazda dönüş nöqtəsi: Azərbaycan və Ermənistan arasında tarixi sülh” mövzusunda keçirilən konfransda iştirak edən Münxen Lüdviq-Maksimilian Universitetinin professoru Karsten Fişer deyib.
Görüşün dünyada çoxsaylı münaqişələrin hökm sürdüyü bir şəraitdə keçirilməsini xüsusi vurğulayan professor bildirib: “Bu görüşü xüsusilə əhəmiyyətli edən məqam ondan ibarətdir ki, o, artıq razılaşdırılmış və həyata keçirilmiş sülh tədbirləri fonunda baş tutub. Məhz bu səbəbdən o, çoxsaylı münaqişələrin hökm sürdüyü bir dövrdə həm seçilən, həm də nadir xarakter daşıyan bir hadisəyə çevrilib. Azərbaycanın və Ermənistanın bu çərçivədə əldə etdikləri nəticələr bütün dünya üçün nümunəvi xarakter daşıyır. Məhz bu məsələləri biz ətraflı təhlil etdik və qarşılıqlı anlaşma şəraitində geniş müzakirələr apardıq. Məqsədimiz bu prosesi gələcəkdə də ardıcıl şəkildə davam etdirməkdir”.
Qeyd edək ki, Almaniyada bu formatda ilk dəfə təşkil olunan tədbirdə bu ölkənin hökumət təmsilçiləri, Bundestaqın üzvləri, ekspertlər, jurnalistlər, Almaniyanın siyasi, iqtisadi və elmi həyatında tanınmış şəxslər iştirak ediblər. Tədbirdə Almaniyanın xarici işlər naziri Yohan Vadeful, Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşet, eləcə də Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və Ermənistanın Almaniyadakı səfiri Viktor Yengibaryan çıxış ediblər.
Azərbaycan və Çin strateji tərəfdaşlığın dərinləşdirilməsini qətiyyətlə davam etdirir - Ceyhun Bayramov
YAP Sədrinin müavini Tahir Budaqov Vyetnamda "Strateji tərəfdaşlıq - siyasi partiyaların aparıcı rolu" mövzusunda tədbirdə iştirak edib
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının TARİXİ VƏ GÜNDƏLİYİ AÇIQLANIB