Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günaşli" yataqlar blokundakı "Qərbi Çıraq" platformasında hasilata başlanılan tarixdən ümumilikdə 251 milyon barel (34 milyon ton) neft hasil edib.
“İki sahil” xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətindən məlumat verilib.
Bildirilib ki, platformadan indiyədək 26-sı neft hasilatı, 1-i qaz hasilatı, 7-i suvurma quyusu, 1-i isə şlamların yenidən laylara vurulması üçün quyu olmaqla ümümilikdə 35 quyu qazılıb.
Qeyd olunub ki, AÇG-nin "Qərbi Çıraq" platformasından ilk neft əldə olunmasından artıq 12 il keçib. Bu uğurun əsasında Azərbaycan hökuməti, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və digər partnyorlarımızla etibarlı tərəfdaşlıq və platformanın peşəkar işçi heyətinin əla iş icrası və qətiyyəti durur.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib