Azərbaycanın daxili bazarında qovrulmuş fındığın satış qiymətində kəskin artım müşahidə olunmağa başlayıb.
“İki sahil” xəbər verir ki, paytaxtın iri supermarket şəbəkələrində və çərəz dükanlarında fındıq ləpəsinin qiyməti son bir neçə həftə ərzində nəzərəçarpacaq dərəcədə yüksəlib. Əvvəl orta hesabla 16-20 manat civarında dəyişən qovrulmuş fındığın bir kiloqramı hazırda bəzi satış nöqtələrində 30-45 manata qədər bahalaşıb. Qiymət artımı təkcə pərakəndə satışda deyil, həm də çəki ilə satılan məhsullarda özünü büruzə verir.
Görünür, qış aylarında çərəzlərə olan tələbatın pik həddə çatması da satıcıların qiymət siyasətinə təsirsiz ötüşməyib. Qarşıdan çərşənbələrin və Novruz bayramının gəldiyini də nəzərə alsaq, qiymətin daha da bahalaşması qaçılmazdır.
Bu, gündəlik qida səbətinin daha da bahalaşması və sağlam qidalanma üçün vacib olan çərəzlərin əlçatanlığının azalması deməkdir. Xüsusilə qənnadı məmulatları hazırlayan ev təsərrüfatları və kiçik bizneslər üçün bu artım əlavə xərc yükü yaradır ki, bu da son nəticədə fındıq tərkibli şirniyyatların da qiymətinin qalxmasına yol aça bilər.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib